Droqba koronavirusla mübarizəyə dəstək oldu

“Çelsi”nin sabiq futbolçusu Didye Droqba koronavirusla mübarizəyə dəstək olub.

Komanda.az xəbər verir ki, keçmiş hücumçu şəxsi xəstəxanasını koronavirusla mübarizə üçün dövlətə təklif edib. Bu barədə Fil Dişi Sahilinin paytaxtı Abicanın bələdiyyə sədri Vinsent Toh açıqlamasında deyib. O, Droqbanın özəl xəstəxanasının koronavirusla mübarizədə istifadə oluna biləcəyini bildirib.

Fil Dişi Sahilində 574 nəfər koronavirusa yoluxub. Onlardan 5-i vəfat edib, 85-i isə sağalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button