Droqba federasiya prezidentliyinə namizəd olacaq

“Çelsi”nin sabiq futbolçusu Didye Droqba Fil Dişi Sahili Futbol Federasiyasının prezidentliyinə namizəd olacaq.

Komanda.az xəbər verir ki, bu barədə Fransanın “Ekip” nəşri məlumat yayıb. Xəbərdə, Droqbanın dekabrda keçiriləcək federasiya prezidenti seçkilərində namizəd olacağı bildirilib.

Karyerası ərzində “Marsel”, “Çelsi”, “Qalatasaray” kimi klublarda forma geyinən Droqba, 105 dəfə də Fil Dişi Sahili millisinin uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button