Droqba “Çelsi”yə niyə qayıtmayıb?

“Çelsi”nin sabiq futbolçusu Didye Droqba açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş hücumçu, məşqçi kimi London təmsilçisinə qayıtmamasının səbəbini deyib:

“Mən liderəm, təbiətimə görə, məşqçi kimi çalışmaq istəmədim. Baş məşqçinin komanda üzərində təsiri var, ancaq bu, müəyyən yerə qədərdir. Mən təkcə klub deyil, bütün ölkə futboluna təsir etmək istəyirəm. İstəyirəm ki, Fil Dişi Sahilində futbolu yenidən düşünək, inkişaf etdirək. Fil Dişi Sahilinin şərəfli futbol tarixi var”.

Karyerası ərzində “Marsel”, “Çelsi”, “Qalatasaray” kimi klublarda forma geyinən Droqba, 105 dəfə də Fil Dişi Sahili millisinin uğurları üçün çalışıb. Keçmiş hücumçu bir müddət əvvəl Fil Dişi Sahili Futbol Federasiyasının prezidentliyinə namizəd olacağını açıqlamışdı.