Lempardın yeni iş yeri bilindi

“Çelsi”nin sabiq baş məşqçisi Frenk Lempardın yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, 42 yaşlı mütəxəssis İngiltərənin U-21 yığmasını çalışdıracaq. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Xəbərdə, yığmanın hazırkı baş məşqçisi Eydi Butroydun istefaya göndəriləcəyi və onun yerinə Lempardın gətiriləcəyi bildirilib.

Lempard 2019-cu ilin yayından 2021-ci ilin yanvarına qədər “Çelsi”də baş məşqçilik edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button