“Çelsi”nin müdafiəçisi “Everton”un hədəfində

İngiltərənin “Everton” klubu “Çelsi”nin futbolçusunu transfer etməyə yaxındır.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, son mövsümü icarə əsasında “Everton”da keçirən Kurt Zuma, birdəfəlik bu kluba transfer oluna bilər. Liverpul klubunun müqavilə ilə “Çelsi”yə məxsus olan 24 yaşlı müdafiəçi üçün London təmsilçisi ilə danışıqlara başladığı bildirilir.

“Everton”un baş məşqçisi Marko Silvanın qətiyyətlə fransalı futbolçunu istədiyi deyilir.

Zuma geridə qalan mövsümdə “Everton”un heyətində keçirdiyi 32 Premyer Liqa matçında 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button