“Çelsi”nin hücumçusundan tarixi uğur

İngiltərənin “Çelsi” klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Sevilya”nı 4:0 hesabı ilə məğlub edib.

Komanda.az xəbər verir ki, bu oyunda London klubunun futbolçusu Olivye Jiru rekorda imza atıb. Komandasının bütün qollarının müəllifi olan Jiru, qitənin ən nüfuzlu klub turnirində pokerə imza atan ən yaşlı futbolçu olub. O, bu nailiyyətə 34 yaşında imza atıb.

Çempionlar Liqasında beş turdan sonra 10 xal toplayan “Çelsi” növbəti mərhələyə vəsiqə qazanıb.