“Çelsi”nin futbolçusunun “Milan” arzusu

“Çelsi”nin futbolçusu Timo Bakayoko karyerasını yenidən İtaliyada davam etdirmək istəyir.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu, keçmiş klubu “Milan”a qayıtmaq istəyir. Futbolçu bunun üçün hazırkı məvacibinin yarısına da razıdır. Bakayoko hazırda “Çelsi”də illik 6 milyon avro məvacib alır.

“Çelsi” də fransalı futbolçunun satılmasına müsbət yanaşır. Klub onun üçün 20 milyon avro tələb edir, “Milan” isə futbolçu üçün ən yaxşı halda 15 milyon avro ödəyə biləcəyini bildirib.

Bakayoko 2018/19-cu il mövsümünü icarə əsasında “Milan”da keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button