“İndi bunu düşünməyin vaxtı deyil” – “Çelsi”nin futbolçusu

“Çelsi”nin futbolçusu Villian komandanın baş məşqçisi Frenk Lempard haqda açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, braziliyalı oyunçu, Lempardın ən azı 3-4 il “Çelsi”də qalmalı olduğunu deyib:

“Lempard “Çelsi” və Avropanın ən yaxşı oyunçularından biri idi. “Çelsi”də 6 ildir ki, forma geyinirəm və beş fərqli baş məşqçi ilə çalışmışam. Məncə, Lemparda daha çox vaxt verilməlidir. “Mançester Siti” və “Liverpul”da olduğu kimi, 3-4 il onunla davam edilməlidir.

Müqaviləm mövsümün sonunda bitir. Burda qalmaq istəyirəm. Ancaq indi bunu düşünməyin vaxtı deyil. Sadəcə, futbol oynamağı və komandama kömək etməyi düşünürəm”.

“Çelsi” Lempardın rəhbərliyi altında Premyer Liqada ilk 5 turdan sonra 8 xal qazanıb.