Lukaku narahat deyil

“Çelsi”nin futbolçusu Romelu Lukaku Premyer Liqanın 2-ci turu çərçivəsində “Arsenal”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, belçikalı hücumçu, 2:0 hesabıyla qələbə qazandıqları oyunla bağlı bunları deyib:

“Qələbədən çox məmnunam. Yaxşı oynadıq və üstün tərəf biz idik. Daha çox qol vura bilərdik.

Oyunum? Üzərimdə təzyiqlərin olduğunu bilirəm. Hər oyun daha yaxşı olmağa çalışacam. Qarşımda uzun yol var. Hər şeyə hazıram”.

Lukaku 105 milyon avro qarşılığında “İnter”dən “Çelsi”yə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button