Pedrodan “Barselona” açıqlaması

“Çelsi”nin futbolçusu Pedro Rodriqes “Barselona”ya qayıtmaq istəyir.

Komanda.az xəbər verir ki, bu barədə ispan hücumçu AS nəşrinə açıqlamasında deyib:

“Yenidən “Barselona” üçün oynamaq istəyirəm. Hər kəs bu komandaya qarşı nələr hiss etdiyimi yaxşı bilir. Eyni zamanda, geri qayıtmağın çətin olduğunun da fərqindəyəm”.

2015-ci ildən “Çelsi”də forma geyinən Pedronun müqaviləsi mövsümün sonuna qədərdir. 32 yaşlı hücumçu 2004-2015-ci illərdə “Barselona”da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button