“İnter” onu, o da “İnter”i arzulayır

“Çelsi”nin futbolçusu Markos Alonso karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, ispan müdafiəçi ilə “İnter” klubu maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “İnter” Alonso ilə yanaşı, “Arsenal”dan Hektor Belerin və “Mançester Yunayted”dən Aleks Telleslə də danışıqlar aparır.

“Çelsi” ilə müqaviləsi 2023-cü ilin yayına qədər olan Alonso özü də “İnter”ə keçməyə müsbət yanaşır. Futbolçu daha çox şans qazanacağı bir komandada çıxış etmək niyyətindədir.

30 yaşlı müdafiəçi 2016-cı ilin yayından “Çelsi”dədir. O, “zadəganlar”la 166 oyunda 24 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button