“Lempard böyük məşqçi olacaq, bundan şübhəm yoxdur”

“Çelsi”nin futbolçusu Kurt Zuma açıqlama verib.

Komanda.az xəbər verir ki, İngiltərə mətbuatına danışan 25 yaşlı müdafiəçi, baş məşqçiləri Frenk Lempardı tərifləyib:

“Lempard heç vaxt qorxmur. Bir neçə gənc oyunçuya şans verdi. Onlarla necə danışacağını yaxşı bilir. Lempard böyük məşqçi olacaq, bundan şübhəm yoxdur.

Qısa müddətdir ki, məşqçiliyə başlayıb və hər şey qaydasında gedir. O, bütün uğurlara layiqdir.

Onunla danışdıq və məndən qalmağımı istəmişdi. Bu qərardan məmnun olduğumu dedim. Onun mənə olan inamını boşa çıxarmamaq üçün çox çalışıram”.

“Çelsi” ilə 2023-cü ilə qədər müqaviləsi olan Zuma, bu mövsüm 19 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button