“Çelsi”nin futbolçusu İtaliya klubunda – rəsmi

İtaliyanın “Cenoa” klubu heyətini iki yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, “Cenoa” “Çelsi”dən Davide Zappakosta və “Yuventus”dan Marko Pyatsanı icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Futbolçularla imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.