“Çelsi”nin forvardı Bakıda tarix yazdı

İngiltərənin “Çelsi” klubunun futbolçusu Pedro Rodriqes Avropa futbolunun tarixinə düşüb.

Komanda.az xəbər verir ki, ispaniyalı forvard həm UEFA Çempionlar Liqasının, həm də Avropa Liqasının finalında qol vurmağı bacaran ilk futbolçu olub.

O, bunu ötən gecə Bakıda “Arsenal”a qarşı keçirdikləri Avropa Liqasının final matçında gerçəkləşdirib. Matçın 60-cı dəqiqəsində fərqlən ispaniyalı hücumçu komandasının ikinci qolunu vurub.

Pedro daha öncə “Barselona”nın heyətində UEFA Çempionlar Liqasının finalında da qol sevinci yaşamışdı. O, buna 2011-ci ildə “Mançester Yunayted”ə qarşı keçirdikləri həlledici oyunda nail olmuşdu.