“Bu qələbə bizə inam verdi” – Lempard

“Çelsi”nin baş məşqçisi Frenk Lempardın Çempionlar Liqasında “Lill”i məğlub etdikləri oyundan sonra mətbuat konfransı keçirilib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Lempard, 2:1 hesabıyla qələbə qazandıqları oyunu belə şərh edib:

“Valensiya”ya məğlub olduqdan sonra qələbə qazanmaq bizim üçün vacib idi. Çempionlar Liqasında hər oyun çətindir. “Lill” səviyyəsində bir komanda ilə oynamaq asan deyil. Bu qələbə bizə inam verdi.

“Lill”in güclü hücum xətti var. Azarkeşlərinin də dəstəyi ilə yaxşı imkanlar yaratdılar. Bununla mübarizə aparmaq asan olmadı.

“Ayaks” qrup mərhələsinin iki oyununda da səviyyəsini göstərdi. Bizi çətin oyunlar gözləyir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button