“Hazard kimi bir futbolçunu itirmək asan deyil”

“Çelsi”nin baş məşqçisi Frenk Lempard komandanın keçmiş oyunçusu Eden Hazardla bağlı fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Lempard, Hazardın yoxluğuna öyrəşməli olduqlarını deyib:

“Ötən mövsüm komandanın qollarının yarısına təsir edən Hazard kimi bir futbolçunu itirmək asan deyil. Ancaq bunu qəbul etməliyik. Hər kəs komandasında Hazardı istəyər, amma ona sahib deyilik. Bu, həqiqətdir. Komandamızda yaxşı oyunçular var və hücum performansımızdan razıyam.

Daha yaxşı müdafiə olunmalıyıq. Bunun üzərində çox çalışırıq. Hücumla müdafiə arasında balansı qorumalıyıq”.

Hazard bu yay “Çelsi”dən “Real”a keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button