“Yorğunluqla əlaqəsi olmayan səhvlərimiz var idi” – Lempard

“Çelsi”nin baş məşqçisi Frenk Lempard İngiltərə Premyer Liqasının 2-ci turunda “Lester”lə qarşılaşdıqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, İngiltərə mətbuatına danışan Lempard, 1:1 hesabıyla bitən matçı belə şərh edib:

“İlk 25 dəqiqə möhtəşəm oynadıq. Daha çox qol vura bilərdik. Oyun bizim əlimizdəydi, ancaq hesabı qoruya bilmədik. Təzyiqlə oynamalıydıq, onu da edə bilmədik. Daha çox çalışıb, inkişaf etməliyik. Həm də xallar qazanmalıyıq.

İstanbulda çətin oyun oldu. Londona da gec qayıtdıq. Ancaq bəhanələri sevmirəm. Yorğunluqla əlaqəsi olmayan səhvlərimiz var idi”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button