“Qalib gələ bilərdik” – Tuxel

“Çelsi”nin baş məşqçisi Tomas Tuxel İngiltərə Premyer Liqasının 26-cı turu çərçivəsində “Mançester Yunayted”ə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, 0:0 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Çox güclü iki komanda arasında maraqlı oyun oldu. İlk hissədə çətinlik çəksək də, ümumilikdə bərabər oyun getdi. İkinci hissədə bizim daha güclü olduğumuzu düşünürəm.

Qalib gələ bilərdik. Oyunumuzdan razıyam, yaxşı müdafiə olunduq. Fasilədə futbolçulara narahat olmadığımı dedim. Uşaqlar tapşırıqları düzgün yerinə yetirdilər”.