“Bu, oyuna açıq şəkildə təsir etdi” – Lempard

“Çelsi”nin baş məşqçisi Frenk Lempard Premyer Liqanın 26-cı turunda “Mançester Yunayted”lə qarşılaşdıqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ingilis mütəxəssis 0:2 hesabıyla uduzduqları görüş haqda bunları deyib:

“0:2-lik oyun deyildi. Çoxlu qol imkanlarımız oldu, ancaq dəyərləndirə bilmədik. Hesabı biz açmasaq, qalib gəlmək çətindir. Bütün mövsümü Temmi Abrahama etibar edə bilmərik. Bu gün Mişi Batşuayi üçün çətin gün idi.

“Mançester Yunayted”dən Harri Maquayr qırmızı vərəqə almalı idi. Aydın epizod idi, ancaq hakim heç VAR-a müraciət etmədi. Bu, oyuna açıq şəkildə təsir etdi. VAR varsa, istifadə olunmalıdır”.