“Onun komandadan ayrılacağını demək ağılsızlıqdır” – Lempard

“Çelsi”nin baş məşqçisi Frenk Lempard komandadan ayrılacağı iddia olunan Kepa Arrisabalaqa haqda danışıb.

Komanda.az xəbər verir ki, “Sky Sports”a danışan Lempard, ispan qapıçının komandada qalacağını deyib:

“Kepa ilə yaxşı münasibətlərim var. Komandamda 20-dən çox futbolçu var və hamısının eyni anda xoşbəxt olması mümkünsüzdür. Futbolçularımdan istədiyim tək şey peşəkar olmalarıdır. Kepa da peşəkar futbolçudur. Bir oyunçu meydanda maksimunu göstərməlidir.

Kepa yaxşı məşq edir, ancaq Villi Kabalyero da pis deyil. Kabalyero əla oynayır, bunu “Bavariya” ilə matçda da göstərdi. Futbolçularım haqda bir çox yalan xəbərlər oxumuşam. Kepanın komandadan ayrılacağını demək ağılsızlıqdır”.

İngiltərə mətbuatı son turlarda şans qazanmayan Kepanın mövsümün sonunda komandadan ayrılacağını iddia edir.