İddia: Lempard bu gün istefaya göndəriləcək

“Çelsi”nin baş məşqçisi Frenk Lempard istefaya göndəriləcək.

Komanda.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Xəbərdə, London klubunun bu gün Lempardla yollarını ayıracağı bildirilib.

“Çelsi”də artıq qərar verilib və bu səbəbdən komandanın bugünkü məşqi ləğv edilib.

Lempard 2019-cu ilin yayından “zadəganlar”ı çalışdırır. “Çelsi” Premyer Liqada 9-cu sırada qərarlaşıb.