“Mançester Siti”dən öndə olmaq gözəldir, ancaq…” – Lempard

“Çelsi”nin baş məşqçisi Frenk Lempard İngiltərə mətbuatına açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Lempard, Premyer Liqada çempionluq yarışında olmadıqlarını deyib:

“Mançester Siti”dən öndə olmaq gözəldir, ancaq biz çempionluq yarışı etmirik. Gənc futbolçularla inkişaf dövrü keçiririk”.

“Çelsi” hazırda Premyer Liqada 26 xalla 3-cü sıradadır. “Zadəganlar” lider “Liverpul”dan 8 xal geridə qalır. “Mançester Siti” isə 25 xalla 4-cüdür.