“Çempionlar Liqasında bu qədər səhv etməməlisiz” – Lempard

“Çelsi”nin baş məşqçisi Frenk Lempard Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Ayaks”la qarşılaşdıqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ingilis mütəxəssis, 4:4 hesabıyla bitən görüşü belə şərh edib:

“Möhtəşəm bir oyun oldu. Fasilədə futbolçularıma oyunun 3:3, ya da 4:4 hesabıyla bitəcəyini dedim, belə də oldu. Çılğın bir oyunu arxada qoyduq.

Təhlükəli görünürdük və ikinci hissədə qazanacağımızı hiss edirdim. Ümumi olaraq çox xoşbəxt deyiləm, çünkü Çempionlar Liqasında bu qədər səhv etməməlisiz.

Qırmızı vərəqələr haqda danışmağım düzgün olmaz. Nə olduğunu həqiqətən görmədim”.