“Ayaks”ın necə təhlükəli olduğunu başa düşməliyik” – Lempard

“Çelsi”nin baş məşqçisi Frenk Lempard Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Ayaks”la qarşılaşacaqları oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Lempard, matçla bağlı bunları deyib:

“Oyunun səviyyəsini və “Ayaks”ın necə təhlükəli olduğunu başa düşməliyik. İlk turdakı məğlubiyyətdən sonra iki qələbə ilə yaxşı reaksiya göstərdik. Pley-off mərhələsinə yüksəlmək istəyirik. Ancaq bunun üçün növbəti oyunlara yaxşı hazırlaşmağımız lazımdır”.

Bu gün keçiriləcək “Çelsi” – “Ayaks” oyunu saat 00:00-da start götürəcək.