“Gələcəyim Bakıdakı finala bağlıdırsa, məni elə indi göndərsinlər”

“Çelsi”nin Bakıdakı Avropa Liqasının final matçından sonra baş məşqçi Mauritsio Sarri ilə yollarını ayıracağı iddia edilir.

Komanda.az xəbər verir ki, Sarri bununla bağlı İngiltərə mətbuatına açıqlama verib:

“Çelsi”dəki gələcəyim Bakıdakı finala bağlıdırsa, gözləməsinlər, məni elə indi göndərsinlər”.

Mövsümün əvvəlində “Çelsi”yə baş məşqçi təyin olunan Sarrinin “zadəganlar”la 2021-ci ilə qədər müqaviləsi var.

Avropa Liqasının final oyununda “Arsenal” “Çelsi” ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək matç mayın 29-da, saat 23:00-da start götürəcək.