“Çelsi”ni seçməyimin əsas səbəbkarı Lempard oldu”

“Çelsi”nin “Leyptsiq”dən heyətinə qatdığı Timo Verner açıqlama verib.

Komanda.az xəbər verir ki, klubun rəsmi saytına danışan alman futbolçu, “zadəganlar”a keçidi haqqında bunları deyib:

“Çelsi”ni seçməyimin əsas səbəbkarı baş məşqçi Frenk Lempard oldu. Onunla oyun sistemi, bu sistemin mənə necə uyğun olduğu, oyunumu necə gördüyü barədə çox danışdıq. O, mənə təkcə nə istədiyini deməklə kifayətlənməyib, həm də bir futbolçu olaraq inkişafıma kömək etmək istədiyini bildirdi. Məni artıq bir az daha yaxşı tanıyır və münasibətimiz yaxşıdır. Burda olduğum üçün xoşbəxtəm.

Keçmiş komandamdan ayrılıb bura gəlmək mənim üçün yuxu kimi idi, çünki “Çelsi” çox böyük klubdur. Bu klubda yeni dövrün bir hissəsi olmaq istəyirəm və bunun üçün əlimdən gələni edəcəm”.