“Çelsi”ni çalışdırmaq çətin deyil” – Mourinyo

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo sabiq klubu “Çelsi” ilə bağlı açıqlama verib.

Komanda.az “goal.com”a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, “zadəganlar”ı çalışdırmağın çətin olmadığını deyib:

“Çelsi”ni çalışdırmaq çətin deyil. Orda üç dəfə çempion oldum. Karlo Ançelotti, Antonio Konte orda çempionluq qazandı. Bu komandada hər zaman yaxşı futbolçular oynayıb. “Çelsi”nin möhtəşəm komanda olduğuna inanıram”.

Mourinyo 2004-2007 və 2013-2015-ci illərdə “Çelsi”ni çalışdırıb.