“Çelsi”dən ayrılan futbolçu “İnter”lə danışıqlara başladı

“Çelsi”dən ayrılan Qari Keyhill karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 33 yaşlı müdafiəçi “İnter” klubuna keçməyə yaxındır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Tərəflər arasında artıq ilkin danışıqların başladığı bildirilir.

Futbolçu karyerası ərzində ancaq İngiltərə klublarında forma geyinən Keyhill də İtaliyaya getməyə müsbət yanaşır. Müdafiəçi “Aston Villa”, “Şeffild Yunayted”, “Bolton” və “Çelsi” klublarında çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button