“Çelsi”dən “Atalanta”ya 17.5 milyon avroluq transfer

İtaliyanın “Atalanta” klubu bu komandada icarə əsasında çıxış edən Mario Paşaliçin transfer hüquqlarını da alıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

İtaliya mətbuatı bunun üçün A seriyası təmsilçisinin “Çelsi”yə 17.5 milyon avro ödədiyini yazıb.

Qeyd edək ki, Paşaliç 2018-ci ildən “Atalanta”da icarədə idi. O, bu müddət ərzində sözügedən komandada 75 oyuna çıxıb, 15 qola imza atıb, 13 məhsuldar ötürmə müəllifi olub.

“Çelsi”yə 2014-cü ildə yetirməsi olduğu “Hayduk” (Split) klubundan transfer olunan Xorvatiya yığmasının üzvü London təmsilçisində rəsmi oyun keçirməyib. O, “Atalanta”ya qədər “Elçe”, “Monako”, “Milan” və Moskva “Spartak”ında da icarədə oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button