“Çelsi” Silvaya görə hərəkətə keçir

İngiltərənin “Çelsi” klubu müdafiəçisi Tyaqo Silvanın gələcəyi ilə bağlı qərar verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “zadəganlar” 36 yaşlı futbolçunu heyətdə saxlamaq niyyətindədir. London klubu futbolçuyla müqavilənin müddətini uzatmaq istəyir. “Çelsi”nin futbolçunun meneceri ilə danışıqlara başladığı deyilir. Silva da komandada qalmaq fikrindədir.

Braziliyalı futbolçu bu yay “Çelsi”yə qatılıb. Onunla imzalanan müqavilə cari mövsümün sonunadək nəzərdə tutulub və sözləşməni daha bir il uzatmaq maddəsi var.