“Çelsi”də yeni müqavilə

İngiltərənin “Çelsi” klubu yarımmüdafiəçisi Billi Gilmorla müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

Tərəflər arasındakı yeni sözləşmənin müddəti 2024-cü ilin yayına qədərdir.

2019-cu ildən “Çelsi”nin əsas komandasında forma geyinməyə başlamış Gilmor, “zadəganlar”ın heyətində cəmi 11 matça çıxıb. Şotlandiya yığmasının da üzvü olan 21 yaşlı futbolçu, ötən mövsümü icarə əsasında “Norviç Siti”də keçirib.