“Çelsi”də Kante sevinci

İngiltərənin “Çelsi” klubunun futbolçusu Nqolo Kante zədəsini sağaldıb.

Komanda.az xəbər verir ki, bu barədə “zadəganlar”ın baş məşqçisi Frenk Lempard məlumat verib. Kante UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün keçiriləcək “Bavariya” ilə oyunda iştirak edə biləcək.

Komandanın digər zədəliləri – Kristian Pulişiç, Pedro, Sesar Aspilikueta və Villian isə almanlarla oyunu buraxacaq. Pulişiçin 6, Aspilikuetanın isə 3 həftə yaşıl meydanlardan kənarda qalacağı ehtimal edilir. Zədəsini sağaldan Villian isə bu oyun üçün hazır deyil.

“Bavariya” – “Çelsi” oyunu bu gün, saat 23:00-da start götürəcək. İlk oyunda Münhen klubu 3:0 hesablı qələbə qazanıb.