“Çelsi”də Hazardın yerini heç kim doldura bilməz” – Droqba

“Çelsi”nin əfsanəvi futbolçularından Didye Droqba Eden Hazardla bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 41 yaşlı sabiq futbolçu, “zadəganlar”dan ayrılaraq, “Real”a transfer olunan belçikalı futbolçu haqqında danışıb:

“Çelsi”də Hazardın yerini heç kim doldura bilməz. O, xüsusi bir futbolçu, “Çelsi”nin əfsanəsidir. Amma həyat, futbol belədir”.

“Real” Hazarda görə London klubuna 100 milyon avro ödəyib. Bununla da, 28 yaşlı futbolçu klub tarixinin ən bahalı transferinə çevrilib.