“Çelsi”də 3 ciddi itki

İngiltərə kubokunun final matçında “Arsenal”a 1:2 hesabı ilə məğlub olan “Çelsi” ciddi itkilərlə üzləşib.

Komanda.az xəbər verir ki, Sesar Aspilikueta, Kristian Pulişiç və Pedro sıradan çıxıb. Aspilikueta ilə Pulişiçin əzələsindən zədələndiyi, Pedronun isə çiynindən zədə aldığı bildirilir.

Hər üç futbolçunun UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Bavariya” ilə oyunu buraxacağı ehtimal edilir.

“Bavariya” – “Çelsi” oyunu avqustun 8-də keçiriləcək.