“Çelsi” yeni transferini icarəyə göndərdi

“Çelsi” yeni transferi Malanq Sarrı icarəyə göndərib.

Komanda.az xəbər verir ki, 21 yaşlı fransız müdafiəçi 2020/21 mövsümünün sonuna kimi icarə əsasında “Portu”da çıxış edəcək.

Bu barədə sözügedən klubların mətbuat xidmətləri məlumat yayıb.

Qeyd edək ki, London təmsilçisi “Nitsa” ilə müqaviləsi başa çatan Sarr ilə avqustda 5 illik müqavilə imzalamışdı.

Yeri gəlmişkən, “Portu” İngiltərənin “Vest Hem” klubundan da Felipe Andersonu icarəyə götürüb. Braziliyalı futbolçu da mövsümün sonuna kimi bu klubun uğurları üçün çalışacaq.

Qeyd edək ki, Felipe Anderson “Vest Hem”ə 2018-ci ilin yayında “Latsio”dan 28 milyon avroya transfer olunmuşdu. O, Premyer Liqa təmsilçisində 72 oyuna çıxıb, 12 qol və 12 məhsuldar ötürmə müəllifi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button