“Çelsi”: Yeni forma, yoxsa Rusiyanın bayrağı? FOTO

İngiltərənin “Çelsi” klubu 2019/20 mövsümü üçün səfər formasını təqdim edib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “zadəganlar”ın yeni forması ağ rəngdədir. “Nike” şirkətinin hazırladığı formaların qolları və yaxası üzərində Rusiya bayrağını xatırladan göy və qırmızı rənglər əks olunub.

“Çelsi”nin sahibi rusiyalı iş adamı Roman Abramoviçdir.