“Çelsi” onun transferini tamamlayır

İngiltərənin “Çelsi” klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “zadənganlar” “Renn”in qapıçısı Eduardo Mendini transfer etməyə hazırlaşır. Fransa klubu ilə “Çelsi” arasında keçidlə bağlı razılığın əldə olunduğu bildirilir. Məlumata görə, London klubu bu keçid üçün 22 milyon funt-sterlinq ödəyəcək.

Mendinin yaxın zamanda Londonda tibbi müayinədən keçəcəyi deyilir. “Çelsi” bu həftə içərisində transferi rəsmi şəkildə açıqlayacaq.

Seneqallı qolkiperin “Renn”lə müqaviləsi 2023-cü ildə başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button