“Arsenal” da 1/8 finalda!

Futbol üzrə İngiltərə Federasiya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.

Komanda.az xəbər verir ki, əksər qarşılaşmalar ilk oyun günündə baş tutub.

“Çelsi” “Hall Siti” ilə səfər matçında çətin qələbə qazanmaqla növbəti mərhələyə vəsiqə qazanıb.

“Vest Bromviç”, “Şeffild Uensdey”, “Lester”, “Norviç”, “Şeffild Yunayted” və “Portsmut” da adını 1/8 finala yazdırıb. Beş qarşılaşma isə heç-heçə bitib. Bu üzdən də həmin komandalar qalibi təkrar oyunlarda müəyyənləşdirəcəklər.

Federasiya kubokunun son qalibi “Mançester Siti” bu mərhələdə “Fulhem”lə qarşılaşacaq. “Liverpul” isə “Bristol Siti” – “Şrusberi Taun” cütünün qalibi ilə qarşılaşacaq.

Bu gün daha üç görüş baş tutub. “Mançester Siti” “Fulhem”i, “Mançester Yunayted” isə “Tranmir”i darmadağın etməklə növbəti mərhələyə yüksəlib. Səfərdə “Şrusberi Taun”la qarşılaşan “Liverpul” isə 2:0 öndə olduğu qarşılaşmanın son dəqiqələrində buraxdığı qollarla heç-heçəyə razılaşıb. Bu üzdən də Yurgen Kloppun yetirmələri növbəti mərhələyə yüksəlmək üçün bu rəqiblə təkrar oyun keçirməli olacaq.

Son gündə “Arsenal” səfərdə “Bornmut”a qalib gələrək adını növbəti mərhələyə yazdırıb.

İngiltərə Federasiya kuboku, 1/16 final

25 yanvar

Northempton – Derbi Kaunti 0:0
KPR – Şeffild Uensdey 1:2
Brentford – Lester 0:1
Bernli – Norviç 1:2
Koventri – Birmingem 0:0
Milluoll – Şeffild Yunayted 0:2
Nyukasl – Okford Yunayted 0:0
Portsmut –
Barnsli 4:2
Ridinq – Kardiff Siti 1:1
Sauthempton – Tottenhem 1:1
Vest Hem – Vest Bromviç 0:1
Hall Siti – Çelsi 1:2

26 yanvar

Mançester Siti – Fulhem 4:0
Tranmir – Mançester Yunayted 0:6
Şrusberi Taun – Liverpul 2:2

27 yanvar

Bornmut – Arsenal 1:2

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button