Futboldan 4 aylıq uzaqlaşdırılan Starricin yeni ünvanı bilindi

“Çelsi” və “Liverpul”un sabiq futbolçusu Daniel Starric karyerasını ABŞ-da davam etdirəcək.

Komanda.az xəbər verir ki, bu barədə “Daily Mirror” nəşri məlumat yayıb. Xəbərdə, 30 yaşlı hücumçunun MLS təmsilçiləri “İnter Mayami” və “Di-Si Yunayted”lə danışıqlar apardığı bildirilib. Starricin yeni mövsümdə ABŞ klublarının birində forma geyinəcəyi gözlənilir.

Starric 2018-ci ilin yanvarında, “Liverpul”da olarkən İspaniyanın “Sevilya” klubu ilə danışıqlar apardığını söyləyərək, qardaşı Leondan bu keçidə pul qoymasını xahiş edib. Yekunda, o, İspaniyaya yox, İngiltərə “Vest Bromviç”inə qısamüddətli icarəyə yollanıb.

Lakin futbolçunun qardaşının vasitəsilə bu cür mərc faktında iştirak etməsi İngiltərə Futbol Federasiyası tərəfindən cəzalanması ilə nəticələnmişdi. Federasiya ingilis hücumçuya 4 aylıq cəza vermişdi. Starricin cəzası iyunun 17-də bitir.

Karyerası ərzində “Mançester Siti”, “Çelsi”, “Liverpul”, “Vest Bromviç”, “Sevilya” kimi klublarda çıxış edən Starric, son olaraq “Trabzonspor”un formasını geyinib.