“Çelsi” “Tottenhem”ə qalib gələrək finala yüksəldi

Futbol üzrə İngiltərə Liqa Kubokunda ilk finalçı bəlli olub.

Komanda.az xəbər verir ki, iki oyunun nəticəsinə əsasən “Tottenhem”i üstələməyi bacaran “Çelsi” həlledici matça vəsiqə qazanıb.

“Çelsi” bir həftə öncə doğma meydanda baş tutan ilk oyunda “Tottenhem”ə 2:0 hesabıyla qalib gəlmişdi. Bu gün “Tottenhem”in stadionunda baş tutan növbəti London derbisində də yenə “zadəganlar” qələbə qazanan tərəf olub – 1:0.

Digər finalçı “Liverpul”la “Arsenal” arasında keçiriləcək qarşılaşmalardan sonra bəlli olacaq. Bu komandalar arasındakı ilk görüş yanvarın 13-də “Liverpul”un meydanında baş tutacaq. Cavab görüşü isə ayın 20-də “Arsenal”ın stadionunda keçiriləcək.

İngiltərə Liqa Kuboku
Yarımfinal

12 yanvar

Tottenhem – Çelsi 0:1
Qol
: Rudiger, 18.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button