“Çelsi” onunla vidalaşdı – Rəsmi

“Çelsi” son mövsümü icarə əsasında komandada keçirən Qonsalo İquaynla bağlı qərarını verib.

Komanda.az xəbər verir ki, argentinalı futbolçunun müddəti bitən icarə müqaviləsi yenilənməyib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

31 yaşlı hücumçu müqavilə ilə məxsus olduğu “Yuventus” klubuna qayıdıb. İquaynın Turin təmsilçisi ilə 2021-ci ilin yayına qədər müqaviləsi var.

Ötən ilin yanvarında “Çelsi”yə keçən İquayn, Premyer Liqada iştirak etdiyi 14 oyunda 5 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button