“Çelsi” ruslarla razılaşdı: 30 milyon, 4 illik müqavilə

“Çelsi” heyətini yeni futbolçuyla gücləndiməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, “zadəganlar” Sesk Fabreqasın “Monako”ya transferindən sonra yarımmüdafiədə yaranan boşluğu “Zenit”dən Leandro Paredeslə dolduracaq. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

“Çelsi”nin “Zenit”lə Paredesin transferi üçün 30 milyon avroya razılaşdığı bildirilir. “Zadəganlar” 24 yaşlı yarımmüdafiəçiylə 2023-cü ilə qədər müqavilə imzalayacaq. Paredes yeni klubunda illik 4,5 milyon avro məvacib alacaq.

2017-ci ildə “Roma”dan transfer edilən Paredes, cari mövsümdə Rusiya Premyer Liqasında 22 qarşılaşmada iştirak edərək, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.

24 yaşlı futbolçu 9 dəfə də Argentina millisinin formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button