“Çelsi” “Real”la anlaşdı – 50 milyon avro müqabilində

İngiltərənin “Çelsi” klubu keçən yay transfer pəncərəsi dövründə icarə əsasında heyətinə qatdığı Mateo Kovaçiçi transfer edir.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “zadəganlar”, müqavilə ilə “Real”a məxsus olan xorvatiyalı futbolçunu birdəfəlik transfer etməyə yaxındır. “Kral klubu” ilə razılıq əldə edən London təmsilçisinin 50 milyon avro təzminat məbləği ödəyəcəyi bildirilir.

“Çelsi”nin Kovaçinin transferini tezliklə açıqlayacağı gözlənilir.

25 yaşlı futbolçu son mövsümdə iştirak etdiyi 51 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button