“Çelsi” Pulişiçi itirdi

İngiltərə Premyer Liqasının 22-ci turu çərçivəsində “Bernli” ilə qarşılaşacaq “Çelsi” ciddi itki ilə üzləşib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, “zadəganlar”ın yarımmüdafiəçisi Kristian Pulişiç zədə səbəbindən heyətdən çıxarılıb. O, qarşıdakı bir neçə həftə ərzində komandasına kömək edə biləməyəcək. Bu barədə “Çelsi”nin baş məşqçisi Frenk Lempard açıqlama verib:

“Pulişiç yeni ildən əvvəl yorğun hiss etdiyini bildirdi, buna görə də, onu komandadan kənarlaşdırdım”.

Pulişiçin yanvar ayının qalan oyunlarında “Çelsi”yə kömək edə bilməyəcəyi ehtimal olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button