“Çelsi” onların ayrılığını rəsmən açıqladı

“Çelsi” aparıcı futbolçularından Pedro Rodriqes və Villianın komandadan ayrıldığını rəsmən açıqlayıb.

Komanda.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

Müqaviləsinin müddəti bitən yarımmüdafiəçilərlə yeni sözləşmə ilə bağlı razılıq əldə etmək mümkün olmayıb.

Pedro 2015-ci ildə “Barselona”dan “Çelsi”yə keçmişdi. İspan futbolçu bu beş il ərzində “zadəganlar”ın heyətində 206 matça çıxıb, 43 qol, 28 məhsuldar ötürmə ilə yadda qalıb.

Braziliyalı Villian isə 2013-cü ildən London klubunda çıxış edirdi. O, bu illər ərzində “Çelsi”də 339 oyun keçirib, 63 qol, 62 məhsuldar ötürmə müəllifi olub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button