“Çelsi” ondan imtina etdi – təklif gözləyir

İngiltərənin “Çelsi” klubu qapıçısı Kepa Arrisabalaqa ilə bağlı qərarını verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London klubu 25 yaşlı qolkiperi icarəyə verməyi qərara alıb. Heyətini yeni qapıçı – Eduard Mendi ilə gücləndirən “zadəganlar” Kepanın xidmətində maraqlı deyil. Çempionat oyunlarında etdiyi kobud səhvlərlə gündəmə gələn futbolçunun tezliklə başqa klubda icarə əsasında çıxış edəcəyi bildirilir.

2018-ci ildən “Çelsi”də çıxış edən ispaniyalı qapıçının klubla müqaviləsi 2025-ci ilin yayında başa çatır.