“Çelsi”nin Kukurella planı

 “Çelsi” “Brayton”un müdafiəçisi Mark Kukurellanı transfer etməyə yaxındır.

Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, 24 yaşlı ispaniyalı üçün danışıqlar uğurlu olarsa, London klubu müdafiəçisi Markos Alonsonu “Barselona”ya buraxacaq.

Kukurella ötən mövsüm “Brayton”un heyətində bütün turnirlərdə 39 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button