Bu gün, ya da sabah…

“Çelsi” klubu Mauritsio Sarrinin “Yuventus”a keçidindən sonra boş qalan baş məşqçi postuna Frenk Lempardı gətirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, “zadəganlar” bu təyinatı bu gün, ya da sabah rəsmən açıqlayacaq. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

“Çelsi” hazırda “Derbi Kaunti”ni çalışdıran Lempardla razılığa gəlib. London klubu 41 yaşlı mütəxəssis üçün Çempionşip təmsilçisinə 4 milyon funt-sterlinq təzminat ödəyəcək. Lempardla 3 illik müqavilə imzalanacağı gözlənilir.