“Çelsi” Lempardın göndərildiyini rəsmən açıqladı

“Çelsi” klubu baş məşqçisi Frenk Lempardla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə “zadəganlar”ın mətbuat xidməti məlumat yayıb. Xəbərdə, Lemparda müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib.

Lempard 2019-cu ilin yayından “zadəganlar”ı çalışdırırdı. “Çelsi” Premyer Liqada 9-cu sırada qərarlaşıb.