Rəsmi: “Çelsi” Lempardla danışıqlara başladı

“Çelsi” keçmiş futbolçusu Frenk Lempardı baş məşqçi postuna gətirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, “zadəganlar” artıq Lempardla danışıqlara başlayıb. Bu barədə Lempardın baş məşqçisi olduğu “Derbi Kaunti” klubunun rəsmi saytı məlumat yayıb.

Lempardın “Çelsi” ilə 3 illik müqavilə imzalayacağı bildirilir.